Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliyada növbəti titulunu qazanıb.
QOL.az xəbər verir ki, onun çıxış etdiyi "Osasko" ölkə çempionu olub.
Komanda finalda “Sesi Bauru”nu 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Osasko" bu ilin fevralındda Braziliya kubokunun qalibi olmuşdu. Beləliklə, ilk dəfə Braziliya çempionluğu yaşayan Rəhimova mövsümü "qızıl dubl"la başa vurub.