RU

RFO-nun respublika mərhələsinin Azərbaycan dili və ədəbiyyatı və coğrafiya fənləri üzrə final turu keçirilib

Respublika Fənn Olimpiadalarının (RFO) respublika mərhələsinin Azərbaycan dili və ədəbiyyatı və coğrafiya fənləri üzrə final turu keçirilib.

Təhsil İnstitutundan TƏHSİL.BİZ-ə bildirilib ki, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan imtahanda Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 122, coğrafiya fənni üzrə 120 şagird iştirak edib. Nəticələr https://portal.edu.az/ saytı vasitəsilə elan ediləcək.

Qeyd edək ki, riyaziyyat üzrə respublika fənn olimpiadasının final mərhələsinin mayın 5-6-da keçirilməsi nəzərdə tutulur.

Избранный
0
2
tehsil.biz

3Источники