RU

Moldovanın tarixi dərsliyində Stalinqrad döyüşü fəlakət adlandırılıb

Rumınlar II Dünya Müharibəsi hadisələrindən bəhs edən və şagirdlər üçün nəzərdə tutulan yeni Moldova tarixi dərsliyini fəlakət adlandırıb.

Herbiand.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Dərsliyin müəllifləri Rumıniyanın İkinci Dünya Müharibəsində Hitler tərəfində iştirakına xüsusi diqqət yetiriblər. RİA Novosti müxbiri qeyd edib ki, moldovalı orta məktəb şagirdləri rumınların müharibədə iştirakına arqument gətirməli və Rumıniya ordusunun qurbanlarına haqq qazandırmalıdırlar.

Dərslikdə iddia olunur ki, Rumıniya qoşunları işğalçı olduqlarına məhəl qoymadan Bessarabiya və Şimali Bukovinanı azad etmək üçün döyüşüblər. Sovet qoşunlarının Moldovanı azad etməsi Rumıniya üçün “ciddi problem” kimi təqdim olunur.

Moldovanın “Qələbə” təşkilat komitəsinin rəhbəri Aleksey Petroviç qeyd edib ki, bu dərslik Moldovada 1990-cı illərdən fəal şəkildə inkişaf edən nasizmə haqq qazandırmaq proqramının tərkib hissəsinə çevrilib. O, dərslikdə sovet qoşunlarının işğalçı qüvvələr kimi, Rumıniya qoşunlarının isə “azadlıq ordusu” adlandırılmasından və Rumıniya diktatoru İon Antoneskunun müsbət şəkildə təqdim olunmasından qəzəbləndiyini bildirib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
0
herbiand.az

1Источники