RU

Azərbaycandan qaz tədarükü Bolqarıstanda qaz qiymətinin aşağı salınmasını təmin edib

Bakı. Trend:

Bolqarıstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası(EWRC) may ayı üçün təbii qazın qiymətinin 14,22% azaldılmasınıtəsdiqləyib. Yeni tarif giriş, nəql haqqı, aksiz və ƏDV nəzərəalınmadan, hər meqavatt/saata (MWh) görə 64,40 bolqar levisəviyyəsində müəyyən edilib.

Bu haqda TrendEWRC-yə istinadən xəbər verir.

Qiymətlərin aşağı salınması Azərbaycanla bağlanmış uzunmüdətlimüqavilə çərçivəsində Azərbaycan qazının Yunanıstan-Bolqarıstan(IGB) qaz kəməri vasitəsilə tədarükü sayəsində mümkünləşib.

Azərbaycanın boru kəməri qazı ilə yanaşı, dövlət şirkəti“Bulgargaz” may ayı üçün, həmçinin, mayeləşdirilmiş təbii qaz (LNG)tədarükünü də təmin edib. Tədarüklər mövcud beynəlxalq treyderlərləmüqavilələr çərçivəsində minimal qiymət və ödəniş şərtləri müəyyənedilən hərrac nəticəsində həyata keçirilib.

EWRC-dən bildiriblər ki, “Bulgargaz”ın əldə etdiyi qaz həcmişirkətin may ayı ərzində üzərinə düşən öhdəlikləri, o cümlədən, sontədarükçülər, istilik təchizatı müəssisələrinə və sənayemüştərilərinə ikitərəfli müqavilələr əsasında tədarükləri tamyerinə yetirməsi üçün kifayət edir.

Qeyd edək ki, IGB Bolqarıstana Cənub Qaz Dəhlizinə qoşulmağaimkan verir və “Şaquli Qaz Dəhlizi”nin bir hissəsi sayılır. Qazkəməri yeni, şaxələndirilmiş mənbələrdən olan təbii qaza çıxışıtəmin edərək, regionda enerji bağlılığını və təhlükəsizliyinimöhkəmləndirir.

Hazırda qaz kəməri illik 3 milyard kubmetr gücü ilə fəaliyyətgöstərir, genişlənmə potensialı isə illik 5 milyard kubmetrəqədərdir. İnterkonnektor Bolqarıstanın daxili təbii qazistehlakının təxminən 70 faizinə cavab verir və Moldova və Ukraynakimi vacib bazarlara etibarlı marşrutu təmin edir.

X: @Lyaman_Zeyn

Məqalədə:
Избранный
0
az.trend.az

1Источники