RU

2030-cu ildə suya tələbat 16 faiz artacaq - Hökümətdən AÇIQLAMA


İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli IV Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı mühüm məqamlara toxunub. Nazir müavini qeyd edib ki, 2030-cu ildə sırf istilərlə bağlı suya olan tələbat 16 faiz artacaq.

“Su resurslarının və torpağın münbitliyinin azalması iqlim dəyişikliyinin kənd təsərrüfatına mühüm təsiridir. Digər əsas problem isə artan ekstremal istilər və quraqlıqdır. Bu da suya tələbin artmasına və su resurslarının azalmasına səbəb olur. İqlim dəyişikliyinin 4 istiqamətdə təsirlərini görürük. Bizim transformasiyayla bağlı etməli olduğumuz əsas tədbirlər adaptasiya və diversifikasiya tədbirlərini gücləndirməkdir."

Mətləb Salahov

Избранный
0
8
baki-xeber.com

10Источники