RU

Bakıda qadın sürücü qəza törətdi: ölən var 

  Bakıda qadın sürücü qəza törədib.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Sevinc Qələndər qızı Həsənova idarə etdiyi "Nissan Note" markalı avtomobillə hərəkətdə olarkən paytaxtın M.Müşfiq və N.Nərimanov küçələrinin kəsişməsindəki piyada zolağı ilə hərəkətdə olan piyada, 1953-cü il təvəllüdlü Abdulbağı Ağarza oğlu Həsənovu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Избранный
0
5
referans.az

6Источники