RU

Rubio: “ İran raketlərin yaradılması və terroru dəstəkləməyi dayandırmalıdır”

Vətəninfo.az xəbər verir ki, dünən ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib ki, İran uranın zənginləşdirilməsini, raketlərin yaradılmasını və terroru dəstəkləməyi dayandırmalıdır.

“Əgər İran dinc nüvə proqramı həyata keçirirsə, yəni bir çox digər ölkələr kimi elektrik enerjisi istehsal etmək üçün nüvə stansiyasına sahib olmaq niyyətindədirsə, bunun üçün aydın iki yol – reaktorların tikintisi və reaktorları yanacaqla təmin etmək üçün zənginləşdirilmiş uranın idxalıdır. Uranı zənginləşdirən ölkələr nüvə silahın sahib ölkələrdir”, – deyə, Rubio bildirib.

Onun sözlərinə görə, İran nüvə silahına malik olmaq niyyətində olmadığını iddia edir, digər tərəfdən dünyada uranı zənginləşdirən yeganə qeyri-nüvə ölkəsi olmaq istəyir.

Избранный
0
veteninfo.az

1Источники