Futbol üzrə Pakistan yığma komandasının və “Sumqayıt”ın mərkəz müdafiəçisi İsa Suliman klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.
Klubun yaydığı məlumatda qeyd olunur ki, “Sumqayıt” 2025/2026-cı illər mövsümü üçün heyət çalışmalarını davam etdirir. “Gənclik şəhəri” təmsilçisi müdafiəçi Sulimanla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.
İsa Suliman 2023-cü ilin iyul ayından “Sumqayıt”da forma geyinir. 25 yaşlı mərkəz müdafiəçisi bu komandada 29 (27 Premyer Liqa və 2 kubok matçı) oyuna çıxıb, 4 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Pakistanlı futbolçu daha öncə “Aston Villa”, “Qrimsbi Taun”, “Emmen”, “Çeltnem Taun”, “Nasional”, “Vitoriya” (Gimaraynş), “Vilafrankense” kimi klubların da formasını geyinib.
Suliman 2023-cü ilin iyun ayında debüt etdiyi Pakistan yığmasında 9 oyuna çıxıb. 27 yaşlı futbolçu bu görüşlərdə məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.