RU

Xalq Bank beynəlxalq maliyyə bazarında növbəti layihədə iştirak edib

Bakı. Trend:

Ölkənin aparıcı banklarından olan Xalq Bank TürkiyəRespublikasının Ziraat Bankının dayanıqlı inkişafınmaliyyələşdirilməsi kriteriyalı beynəlxalq sindikat kreditləşməsilayihəsində iştirak etmişdir. Məbləği 1.75 milyard dollarməbləğində olan irihəcmli kreditləşmədə 29 ölkədən 69 bank yeralmışdır. Layihə üzrə əsas meyar olaraq dayanıqlı kəndtəsərrüfatının təşviqi və karbon emissiyalarının azaldılmasınıdəstəkləyən layihələrin maliyyələşdirilməsi çıxış edir.

Layihənin kreditləşmə meyarları Xalq Banka dayanıqlı inkişaf vəsosial məsuliyyətlə bağlı beynəlxalq standartlara uyğun layihələrəmaliyyə dəstəyi vermək imkanı təqdim edir. Xatırladaq ki, davamlıinkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən Xalq Bank2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UNGlobal Compact) qoşulub və Sazişin 10 prinsipini dəstəkləməyiöhdəsinə götürməklə özünün 2024-2026-cı illəri əhatə edən İnkişafStrategiyasının prioritetlərində də nəzərdə tutulmuş ekoloji,sosial və korporativ idarəetmə istiqamətində fəaliyyət proqramınıtəkmilləşdirməyə davam edir.

Beynəlxalq sindikat krediti layihəsində iştirak Xalq Banka yenimaliyyə partnyorları ilə əlaqələr qurmağa və qlobal bazarlardamövqeyini möhkəmləndirməyə imkan verir. Qeyd edək ki, Xalq Bankəvvəlki illərdə də ESG və dayanıqlı inkişaf standartlı sindikatkreditləşməsi layihələrində iştirak etmişdir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.

Избранный
0
7
az.trend.az

7Источники