"Havr"ın hücumçusu Enzo Kana-Biyik karyerasını Dumanlı Albionda davam etdirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, 18 yaşlı forvardın yeni iş yeri "Mançester Yunayted" olacaq.
"Qırmızı şeytanlar" perspektivli futbolçu ilə 2030-cu ilə kimi uzunmüddətli müqavilə imzalayacaq.