Mayın 1-i səhər saatlarında Rusiya ilə Ukrayna arasında əsirlərin dəyişdirilməsi planlaşdırılırdı, lakin bu baş tutmadı.
Herbiand.az bildirir ki, bu barədə yeni regionların inteqrasiyası üzrə koordinasiya şurasının həmsədri Vladimir Roqov məlumat verib.
Onun sözlərinə görə, təşəbbüsün qarşısı Ukrayna tərəfi tərəfindən alınıb: “Banderçilər həmçinin, Belarus sərhəddində təhvil verilmək üçün hazırlanmış və soyuducu yük maşınlarında olan 780 ukraynalı əsgərlərin cəsədini götürməkdən imtina ediblər”.
Roqov vurğulayıb ki, indi Kiyev rejiminin günahı ucbatından bir çox ailələr öz yaxınlarının taleyi ilə bağlı məlumat ala bilməyəcək və ölənləri dəfn edə bilməyəcəklər.
Bəxtiyar CƏFƏRLİ