RU

“Qızıl top”un favoritləri açıqlandı


“Goal.com” 2025-ci ildə “Qızıl top”a iddiaçıların yenilənmiş reytinqini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, reytinqin yeni versiyasında mükafata əsas iddiaçı PSJ-nin fransalı hücumçusu Usman Dembele olub.
Onun ardınca İspaniyanın “Barselona” klubunun futbolçularından ibarət üçlük gəlir - Lamin Yamal, Rafinya və Pedri.
İlk beşliyi İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah tamamlayır.
Qeyd edək ki, 2024-cü ilin noyabrında “Mançester Siti”nin və İspaniyanın yarımmüdafiəçisi Rodri mümkün 1485 xaldan 1170 xal toplayaraq, “Qızıl top”u qazanıb. “Real Madrid”dən Vinisius ikinci, eyni klubdan Cud Bellinqem isə üçüncü olub.
Избранный
0
yeniavaz.com

1Источники