RU

"WhatsApp"da ilk yaşandı

2025-ci ilin aprelində "WhatsApp" tətbiqindən üç milyarddan çox insan istifadə edib. Bu göstərici ilə mesencer tarixdə üç milyard istifadəçi həddini keçən bir neçə tətbiqdən biri olub.

Bu barədə Demokrat.az "Techcrunch" saytına istinadla xəbər verir.

"WhatsApp" hazırda aktiv istifadəçilərin sayına görə "Facebook"la eyni sırada qərarlaşıb.

Xatırladaq ki, "WhatsApp" 2009-cu ildə istifadəyə verilib və 2014-cü ildə "Facebook" tərəfindən 19 milyard dollara satın alınıb.

Избранный
0
9
demokrat.az

10Источники