RU

Almaniyanın şimalında partlayış baş verib

Almaniyanın şimalında Timmen­dorfer-Ştrand kurort şəhərində liman yaxınlığında partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Hamburger Morgenpost qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, partlayışa səbəb hələ dəqiqləşdirilməyən şəraitdə qaz balonunun partlaması olub.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub.

Избранный
0
1
apa.az

2Источники