Bakı Mühəndislik Universiteti (BMU) “Education in Azerbaijan” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Valyuta.az xəbər verir ki, müqavilədə 2025-2028-ci illərdə 100 nəfər əcnəbi tələbənin təhsil almaq üçün BMU-ya gətirilməsi üzrə vasitəçilik xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 177 000 manatdır.
Hüseyn