ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik müşaviri Mayk Uoltsun ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürdüyünü bildirib.
Herbiand.az bu barədə RİA Novosti-yə istinadən bildirir.
“Mən Mayk Uoltsu ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı növbəti səfiri vəzifəsinə irəli sürəcəyimi elan etməkdən məmnunam”, - Trampın “Truth Social” sosial media platformasında yayılan açıqlamasında deyilib.
O, əlavə edib ki, dövlət katibi Marko Rubio Dövlət Departamentinə rəhbərlik etməyə davam edərkən müvəqqəti olaraq milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edəcək.
Bəxtiyar CƏFƏRLİ