Müğənni Niyam Salami Bakıdan köçür.
Tribunainfo.az xəbər verir ki, sənətçi bu haqda “Günə bax” verilişində deyib. O bildirib ki, Bakıdakı restoran biznesini bitirib.
Niyam bundan sonra Gəncədə yaşayacağını, orada çalışacağını deyib:
“Heç yerə gedə bilmirəm. Neçə ildir bir gün də kollektivdən ayrıla bilmirəm. Gəncədə mənə dəstək oldular. Düşündüm ki, gedib həm dincəlim, həm də işləyim. Bazar, təbii qidalar əlimin altında olacaq”.