RU

Ağdamda keçmiş məcburi köçkünlərin yaşadığı ərazidə EV YANDI - FOTO

Ağdamın İmamqulubəyli kəndi ərazisində yanğın hadisəsi qeydə alınıb. Keçmiş məcburi köçkünlərin kompakt yaşadığı ərazidə baş verən hadisə bir ailənin evsiz qalması nəticələnib.

Bizim.media-nın yerli bürosu xəbər verir ki, Məmmədov Heydər Əbülfət oğluna məxsus ev yanaraq yararsız hala düşüb.
 

Əraziyə cəlb olunan yanğınsöndürən briqadaları yanğının qonşu tikililərə keçməsinin qarşısını alıb.


Xəsarət olmayan hadisənin başvermə səbəbləri araşdırılır.





Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Избранный
0
18
bizim.media

10Источники