RU

Məşhur mebel istehsalçısı iki şirkətini birləşdirdi

“Saloglu Kommersiya” MMC (VÖEN 4201792681) ləğv olunduğunu elan edib. Müəssisə“Saloglu Holding” MMC-yə qoşulduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, “Saloglu Holding” MMC-nin yenidən təşkil edilib.

2021-ci ildə yaradılan “Saloglu Kommersiya” MMC-nin nizamnamə kapitalı 891 010 manatdır.

"Saloglu Holding”MMC isə 2007-ci ildə yaradılıb, 18 970 020 manat nizamnamə kapitalına malikdir.

Hər iki şirkətin qanuni təmsilçisi Fərəcov İlkin Azər oğludur.

“SALOGLU” mebel fabriki respublikanın qərb zonasında yerləşir, sahəsi 20 000m²-dir. Şirkətin adı Ağstafa rayonun Saloğlu kəndində olan “Saloğlu” suyunun adından götürülüb. Belə ki, məhşur “Saloğlu” suyunun adına şirkət açılıb və həmin şirkətin davamı olaraq “SALOGLU” mebel fabriki yaradılıb.

Избранный
0
5
teleqraf.com

10Источники