RU

Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstək (FOTO)

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank KommersiyaBankı” ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Yerlivalyutada təqdim olunan bu kredit vəsaiti Azərbaycandakı mikro,kiçik və orta sahibkarlıq subyektlərinin (MKOB)maliyyələşdirilməsinə yönəldiləcək.

Bu əməkdaşlıq AYİB ilə Unibank arasında tərəfdaşlığın bərpasınıifadə etməklə yanaşı, Azərbaycanda özəl sektorun inkişafı üçünəhəmiyyətli bir mərhələ sayılır. Əməliyyatın məqsədi güclü və çevikmaliyyə tərəfdaşı olan Unibank vasitəsilə ölkədəki KOB-larınrəqabət qabiliyyətini artırmaq, onların maliyyə resurslarına çıxışimkanlarını genişləndirməkdir.

Kredit vəsaitinin ayrılması ilə bağlı imzalanma mərasimindəbildirilib ki, AYİB bununla yanaşı, “Unibank”ın MKOB-lar üzrəkredit strategiyası, məhsulları və monitorinq mexanizmlərinininkişafına dəstək göstərəcək. Bu proses çərçivəsində bankda ekolojivə sosial idarəetmə sisteminin formalaşdırılması da nəzərdətutulur.

“Unibank”ın İdarə Heyəti sədrinin müavini Heybət Qədirovbildirib: “ Avropa Yenidənqurma və İnkişaf Bankı iləUnibank arasında əməkdaşlığın tarixi uzun illərə dayanır. Biz çoxməmnunuq ki, bu faydalı əməkdaşlıq yenidən başlayır. Unibank olaraqKOB sektorunun inkişafını və ölkədə dayanıqlı iqtisadi artımıprioritet istiqamətlərimizdən biri hesab edirik. Bu əməkdaşlıq bizəsahibkarlara daha çox maliyyə dəstəyi göstərmək imkanı yaradacaq.Cəlb olunan vəsait “Unibank”ın KOB kreditləşməsi üzrəstrategiyasını daha da gücləndirəcək və ölkə iqtisadiyyatınınşaxələndirilməsinə töhfə verəcək.”

AYİB-in Azərbaycandakı rəhbəri NataliMouravidze bildirib:
“Unibank kimi sistem əhəmiyyətli bir maliyyə tərəfdaşımızlaəməkdaşlığımızı yenidən başlatmaqdan məmnunuq. Bu kimi razılaşmalarölkə iqtisadiyyatı üçün olduqca önəmlidir. Təqdim olunan bu maliyyəpaketi ilə biz həm yerli bizneslərin inkişafına dəstək oluruq, həmdə ölkənin maliyyə sektorunun kreditvermə potensialınıgücləndiririk.”

Unibank haqqında:

Unibank KB ASC Azərbaycanın aparıcı kommersiya banklarındanbiridir. Bank həm fiziki, həm də hüquqi şəxslərə geniş spektrlibank xidmətləri təqdim edir. Rəqəmsal bankçılıq və sahibkarlığındəstəklənməsi sahəsində tanınan Unibank, beynəlxalq maliyyəinstitutları ilə əməkdaşlıq etməklə yerli bizneslər üçün yeniimkanlar yaradır.

AYİB haqqında

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə Azərbaycandaaparıcı institusional investorlardan biri olmaqla, bu günədək ölkəüzrə demək olar ki, 200 layihəyə 4 milyard avroya yaxın sərmayəqoyub. Bankın yenilənmiş ölkə strategiyası qeyri-neft sektorunun vəyaşıl iqtisadiyyatın inkişafını hədəfləyir.

Unibank
Unibank
Unibank
Məqalədə:
Избранный
0
14
az.trend.az

10Источники