RU

“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”


Qaşınmayan yerdən qan çıxarmaqda pərgar olan Hindistan yenə qan-qan deyir.Qonşu ölkə Pakistanla müharibəyə başlamaq üçün hər oyundan çıxır,qondarma bəhanələr axtarır.Nəzərə alsaq ki,hər iki dövlət nüvə arsenalına malik ölkələrdir,o zaman Hindistanın heç bir səbəb olmadan bölgədə eskalasiya yaratmaq cəhdlərini heç cür anlamaq olmur.Maraqlıdır bəs bu müharibə kimə lazımdır və ya kimə sərfəlidir?

Hərbi ekspert, hərbi elmlər doktoru Konstantin Sivkov Pakistan və Hindistan arasında inkişaf edən münaqişəni şərh edib.İlk öncəekspert belə bir məqaml xüsusi önə çəkir ki,bu qarşıdurma, demək olar ki, heç nədənyaranıb:- "Hindistan hakimiyyətinin Pakistan üçün bunun müharibə elanına bərabər olduğunu bilə-bilə Hind çayından Pakistana su axınının qarşısını almaq qərarına gələndə nəyi rəhbər tutduğunu heç cür anlaya bilmirəm. Belə bir vəziyyətdə bu, açıq-aydın münaqişənin süni şəkildə qızışdırılmasına yönəlmiş bir addımdır. Hətta Hindistanın Kəşmirdə baş vermiş terror aktını bəhanə edib suyu bağlaması da iki nüvə dövləti arasında münaqişənin başlaması üçün səbəb ola bilməz". Ekspert qeyd edib ki, Pakistan və Hindistan arasındakı bu münaqişə Çinin maraqlarını da riskə atır. Belə ki,bu halda İpək Yolu təhlükə altına düşür, xüsusən də əgər tammiqyaslı münaqişə başlayarsa. Sivkova görə, burada Amerikanın əli var. "Amerikalılar Hindistana Çinin blokadasının birinci pilləsinə qoşulması üçün təsir göstərməyə çox çalışırlar. Çin və Hindistan arasında dağlıq ərazilərdə ərazi mübahisəsi olduğundan tərəflər arsında gərgin münasibətlər var. Amma Hindistanın birbaşa Çinin düşməni olduğunu söyləmək də mümkün deyil. "Hər iki ölkə BRİKS-in bir hissəsidir", - deyə Sivkov fikirlərini davam etdirib. Eyni zamanda, ekspert xatırladıb ki, bu gün Hindistan çoxvektorlu siyasət yürüdür, bu siyasət isə ciddi fəsadlarla sonlanır. Rusiyaya gəlincə, ekspert hesab edir ki,Hind-Pakistan münaqişəsinin başlaması onun üçün çox mənfi ssenaridir. "Münaqişə inkişaf edərsə, bu, həm Rusiyanın müttəfiqi Çinə, həm də BRİKS-ə zərbə vuracaq. Əgər Rusiya tərəflərdən birini dəstəkləyərsə, avtomatik olaraq digəri ilə münaqişəyə girmiş olacaq. Bu yöndəmsiz vəziyyəti Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi ilə müqayisə etmək olar", - deyə ekspert bildirib. Yeni Dehli ilə İslamabad arasında genişmiqyaslı müharibənin başlaması ehtimalına gəlincə, Sivkovun sözlərinə görə, bu məsələ hazırda qərar qəbul etmə mərhələsindədir. “Müharibənin başlama ehtimalını isə mən 60 faiz qiymətləndirirəm”, - deyə hərbi elmlər doktoru fikirlərini yekunlaşdırıb.

Surxay Əliyev

Избранный
0
30
baki-xeber.com

10Источники