RU

Bu ilin ilk rübündə AÇG yatağı üzrə 30 milyon barel neft hasil olunub

2025-ci ilin birinci rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağı üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 251 milyon dollar əsaslı məsrəflər xərclənib.

bp-nin hesabatına əsasən, hesabat dövründə AÇG-dən ümumi hasilat – Çıraq (21 min), Mərkəzi Azəri (87 min), Qərbi Azəri (76 min), Şərqi Azəri (43 min), Dərinsulu Günəşli (54 min), Qərbi Çıraq (25 min) və ACE (25 min) platformalarından birlikdə – gündə orta hesabla 331 min barel və ya ümumilikdə təxminən 30 milyon barel, yəni 4 milyon ton olub.

Rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilatı quyusu, 44 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub. Rüb ərzində AÇG-də 2 neft hasilatı quyusu qazılıb və onlardan biri tamamlanıb. Bundan əlavə 1 qaz injektoru quyusu da qazılıb.

2025-ci ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Избранный
0
2
vergiler.az

4Источники