RU

İsraildə meşə yanğınları: 1,3 min hektar ərazi məhv olub

Bakı. Trend:

İsraildə aprelin 30-dan başlayan güclü meşə yanğınlarınəticəsində ölkənin mərkəzi rayonlarında 1,3 min hektara yaxınərazi məhv olub.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrailin milliparklarına nəzarət edən “Keren Kaemet Le-İsrael” fondu məlumatyayıb.

Məlumata görə, yanmış meşə massivinin yarıdan çoxu yəhudidövlətinin mərkəzi hissəsində yerləşən Kanada parkının Təl-Əviv vəQüds arasında ərazisinə aiddir.

Qeyd edilir ki, aprelin 30-da səhər saatlarında iki şəhəribirləşdirən magistralın ərazisində güclü meşə yanğını baş verib.Yanğın güclü küləyin əsməsi, havanın quraq və isti keçməsi səbəbiləsürətlə yayılmağa başlayıb. İsrail Yanğınsöndürmə və XilasetməXidməti bölmələrinin hazırlıq səviyyəsini maksimuma çatdırıb vəyanğınların söndürülməsi üçün ordu da cəlb olunub.

Yanğınla mübarizə zamanı 20-dən çox yanğınsöndürən yaralanıb.Hazırda Qüdsün qərbindəki bir neçə iri yanğının söndürülməsinə100-ə yaxın yanğınsöndürmə briqadası cəlb olunub.

Məqalədə:
Избранный
0
az.trend.az

1Источники