RU

I sinfə qəbul üzrə qeydiyyatdan keçənlərin sayı 10 minə çatıb - Yenilənib

"Hazırda 10 mindən artıq valideyn I sinifə elektron qəbul üçün övladına şəxsi kabinet yaradıb"...

APA xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

"6 maya qədər valideynlər şəxs kabinet yarada bilər", - o əlavə edib.

***

Hazırda 1-ci sinfə elektron qəbul sisteminə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülür.

Bu barədə APA-nın sorğusuna cavab olaraq MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, bu gün sadəcə valideynlərin elektron sistemdə qeydiyyatı prosesi aparılır. Məktəb və müəllim seçiminə 6 may tarixindən etibarən start veriləcək.

Hazırda mektebeqebul.edu.az portal vasitəsilə 1000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.

Bununla yanaşı, qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçirilir.

Poliqon.info

Избранный
0
6
poliqon.info

10Источники