RU

Trampdan Ukraynaya ZƏRBƏ - Silah satışının qarşısını alır

Donald Tramp administrasiyası Ukrayna ilə təbii sərvətlərə dair saziş imzalandıqdan sonra Kiyevə silah satışının qarşısını alıb.

Publika.az xəbər verir ki, bu barədə “Kyiv Post” mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Ağ Ev artıq Konqresə Ukraynaya 50 milyon dollar məbləğində silahların satışına icazə vermək niyyətində olması barədə məlumat verib.

Ukraynaya hansı silahların veriləcəyi hələlik məlum deyil. Ola bilsin, söhbət Vladimir Zelenskinin tələb etdiyi hava hücumundan müdafiə sistemlərindən gedir. Bu tədarüklər üçün "mineral ehtiyyatlar sövdələşmə"si mexanizmindən istifadə edilib-edilməyəcəyi barədə də məlumat verilmir.

Избранный
0
9
publika.az

10Источники