RU

"Azəri-Çıraq-Günəşli"dən hasilat stabilləşib - BP RƏQƏMLƏRİ AÇIQLADI

"bp-Azərbaycan" 2025-ci ilin birinci rübünün yekunları üzrə Biznes Əməliyyatları Hesabatını dərc edib.

Marja.az hesabata istinadən xəbər verir ki, 2025-ci ilin ilk üç ayında Azəri-Çıraq-Günəşlidən (AÇG) hasilat davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (87 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (54 000), Qərbi Çıraq (25 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 331 000 barel və ya ümumilikdə təxminən 30 milyon barel, yəni 4 milyon ton olub.

Fevralın 18-i AÇG layihəsi Mərkəzi Azəri platformasından ilk neftin əldə olumasının 20 illiyini qeyd etdi. Həmin vaxtdan platformadan ümumilikdə 1,1 milyard barrel (152 milyon ton) neft hasil edilib.

Rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilatı quyusu, 44 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (92 000), Qərbi Azəri (79 000), Şərqi Azəri (53 000), Dərinsulu Günəşli (63 000) və Qərbi Çıraq (31 000) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 31 milyon barel, yəni 4 milyon ton olub.

Rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilatı quyusu, 43 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%). 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2025-ci ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 251 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

Избранный
0
1
marja.az

2Источники