RU

SOCAR və tərəfdaşları AÇG-də növbəti fəaliyyətlərini planlaşdırırlar

SOCAR və AÇG tərəfdaşları hazırda sərbəst təbii qaz (STQ) laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar.

Bp-dən Teleqraf-a verilən məlumata görə, bu işlərin bir hissəsi kimi iki prioritet layı hədəfləyən ilkin quyu qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

Quyu mövcud Qərbi Çıraq platformasından qazılıb. İlk qaz hasilatının bütün tamamlama və sualtı birləşdirmə işləri bitdikdən sonra 2025-ci ilin sonunadək başlanacağı gözlənilir.

Qeyd edək ki, Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalandı. AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Избранный
0
6
teleqraf.com

8Источники