RU

Tramp Zelenskini necə inandırdı?

12:49 01.05.2025
12:49 01.05.2025

Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Tramp aprelin 26-da Vatikanda keçirilən görüşdə mineral sazişin imzalanmasını müzakirə ediblər.Tramp bunu Fox News telekanalında bildirib. "Mən Zelenskiyə dedim ki, biz saziş hazırlaya bilsək, çox yaxşı olar və siz onu imzalayırsınız. Çünki Rusiya daha böyük və daha güclüdür. Rusiya sadəcə irəliləyir. Böyük, güclü ölkədir", - ABŞ prezidenti bildirib.

Eyni zamanda Tramp Rusiyanın ABŞ qədər güclü olmadığını vurğulayıb.

Xatırladaq ki, mayın 1-nə keçən gecə Ukrayna ilə ABŞ arasında Bərpa üçün İnvestisiya Fondunun yaradılması və mühüm faydalı qazıntılar sahəsində tərəfdaşlıq haqqında strateji saziş imzalanıb.

ABŞ vurğuladı ki, saziş “Rusiya rəhbərliyinə Tramp administrasiyasının uzun müddət çiçəklənəcək azad, suveren Ukraynaya əsaslanan sülh prosesinə sadiq olduğunu göstərir”.


Избранный
0
mynews.az

1Источники