İsrail Türkiyənin önünə druzlardan ibarət öz proksi qüvvəsi ilə çıxır. Druzların hücumuna İsrail hərbi hava qüvvələri dəstək verir. Türkiyə Suriyada hakimiyyətin dəyişməsinə İmkan verməyəcək. Göründüyü kimi, İsraillə Türkiyə yenidən Suriyada qarşı -qarşıya gəlib.
İsrailin baş naziri B. Netanyahu Azərbaycana gələcək. Onun səfəri çərçivəsində cənab Ərdoğanın səfəri gözlənilir. İki liderin rəsmi Bakının vasitəçiliyi ilə bir araya gəlməsi istiqamətində işlər həyata keçirilməsi istisna deyil. Amma, İsrailin Suriyada hərbi əməliyyatlara başlaması, bu görüşü təxirə sala bilər. İsrail siyasi hərbi rəhbərliyi Suriya hökumət binalarına qarşı hərbi əməliyyatları mümkün hesab edir. Bu, İsrailin Suriyada birbaşa hökuməti devirmək siyasətidir. İsrailin Türkiyə və İrana qarşı eyni cəbhədə mübarizə aparması mümkün deyil. ABŞ prezidenti B. Netanyahunun Türkiyə siyasətini qəbul etmir. Suriyada İsrail və Türkiyə öz proksi qüvvələri ilə vasitəsilə döyüşəcək. Bu döyüşlərdə Türkiyənin qalib gəlməsi şübhəsizdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31