RU

İşğaldan azad olunan Xocalı rayonunda növbəti kütləvi məzarlıq aşkar edilib - FOTO

İşğaldan
İşğaldan azad olunan Xocalı rayonunda növbəti kütləvi məzarlıq aşkar edilib. 1news.az xəbər verir ki, Xocalı rayonu ərazisində aşkarlanan 3-cü kütləvi məzarlıq Əsgəran Xankəndi yolunun Xocalı rayonu hissəsində aşkarlanıb.
Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib ki, aşkarlanan məzarlıqda azı 7 mülkü insan qalığı var. Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir. Müvafiq qurumların nümayəndələri yerli və xarici jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçiriblər. Foto: Nadir İbrahimli
Избранный
0
1news.az

1Источники