RU

Cənubi Koreyanın müvəqqəti prezidenti istefa verib

Ölkənin "Yonhap" xəbər agentliyinin yaydığı xəbərə görə, sabiq hökumət başçısı istefasını mətbuat konfransında açıqlayıb. O, nitqində diqqətə çatdırıb ki, bu qərara "çətinliklə" gəlib.

"Belə ağır dövrdə məsuliyyətimi nəzərə alaraq qərarımın düzgünlüyü və labüdlüyü haqqıdna diqqətlə düşündüm", - o deyib.

Yerli mətbuatın məlumatına əsasən, Baş nazirin bu addımı Cənubi Koreyada iyunun 3-də keçirilməsi gözlənən prezident seçkilərində iştirak hüququ qazanmaq istəyi ilə əlaqədardır. Onun istefası fonunda Prezidentin vəzifələrinin müvəqqəti icrasını Baş nazirin müavini, iqtisadiyyat və maliyyə naziri Çoy San-Mok yerinə yetirəcək.
Cənubi Koreyanın sabiq prezidenti rüşvətdə təqsirləndirilir

Xatırladaq ki, Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol keçən ilin dekabrında ölkədə hərbi vəziyyət başlatdığı üçün legitimliyini itirmiş, ədalət mühakiməsinə tuş gələrək vəzifəsindən uzaqlaşdırılmışdı.

Firudin Həmidli
AzVision.az
Избранный
0
1
azvision.az

2Источники