RU

Paşinyan ikitərəfli təhdid altında...

Hraparak: Ermənistanda hakim partiya niyə İdarə Heyətinin iclaslarını keçirmir?

“Vətəndaş Müqavilə”si partiyası iki həftədir ki, İdarə Heyətinin iclaslarını keçirmir.

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Adətən, İdarə Heyətinin iclasları hər çərşənbə axşamı keçirilir, ondan sonra partiyanın və baş nazirin səhifələrində video və mesajlar dərc olunur. Amma nə ötən həftə, nə də bu həftə kollegiya iclasları barədə məlumat olmayıb. “Vətəndaş Müqavilə”si partiyasından bizə qeyri-rəsmi məlumat verildi ki, kvorumla bağlı problemlərə görə iclaslar keçirilmir, İdarə Heyəti üzvlərinin əksəriyyəti ölkədə deyil, bəziləri isə ezamiyyətə gedirlər”, deyə nəşr yazır.

Lakin “Hraparak” qəzeti istisna etmir ki, Paşinyanın hələlik komanda ilə müzakirə edəcəyi heç bir şey yoxdur.

“Xüsusən də Paşinyan mayın 9-da nə edəcəyinə hələ qərar verə bilmir. Qərb onu açıq şəkildə şantaj edir ki, Qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirak edəcəyi təqdirdə Ermənistana qarşı sanksiyalar tətbiq edəcək. Rusiya isə artıq Ermənistanın iştirakını təsdiqləyib və həmçinin bəyan edib ki, qələbəni təmin edən respublikalardan biri kimi, Ermənistan rəhbəri də paradda iştirak edəcək”, deyə “Hraparak” qeyd edir.

Nəşr həmçinin onu da vurğulayır ki, Rusiya artıq Ermənistanla ciddi məşğul olmağa başlayıb və buna görə də Paşinyanın paradda iştirak etməməsi onun hakimiyyəti üçün təhlükə yaradır.

Poliqon.info

Избранный
0
poliqon.info

1Источники