RU

Planetin ən yaşlı insanı öldü

Planetin ən yaşlı insanı hesab edilən braziliyalı rahibə İna Kanabarro Lukas vəfat edib. O, 116 il 326 gün yaşayıb.

Publika.az xəbər verir ki, bu barədə Fransanın Porto Aleqre şəhərinin dini icması məlumat yayıb.

Bildirilir ki, qadın 1908-ci il iyunun 8-də ölkənin cənubundakı San Françesko d'Assisi şəhərində anadan olub.

ABŞ Gerontologiya Araşdırma Qrupunun (GRG) məlumatına görə, Lukasın ölümündən sonra ən yaşlı qadın Surreydən olan ingilis Etel Katerxam olub. Hazırda o, 115 il 252 günlükdür.

Təsdiqlənmiş uzunömürlülükdən danışsaq, burada rekordçu 119 il 107 gün yaşamış yapon Ken Tanakadır.

Избранный
0
publika.az

1Источники