RU

Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...


Mətləb Salahov: “Bu iki liderin səfəri o deməkdir ki, Bakı dünya siyasəti və bölgənin gələcəyi üçün qərarverici mərkəzə çevrilir”

“Son bir ay ərzində Azərbaycan rəhbərliyinin olduqca düşünülmüş və strateji xarici siyasət kursu Azərbaycanı heç vaxt olmadığı qədər dünya və bölgə siyasəti üçün cəzbedici ölkəyə çevirib. Prezident İlham Əliyevin Çinə səfəri, imzalanan sənədlər və birgə bəyanat sözün əsl mənasında siyasi partlayış hesab oluna bilər. İlk əvvəl ona görə ki, artıq dünya siyasəti və iqtisadiyyatı üçün bir nömrəli ölkə halına gələn Çinlə bu səviyyədə tərəfdaşlıq qurulması Azərbaycanın dünya və böəlgə siyasətindəki imicini yüksəldir və əlini gücləndirir.” Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov bildirib ki, Cənubi Qafqazın və keçmiş sovet respublikalarının heç biri - Rusiyanı çıxmaq şərti ilə - Çin ilə bu səviyyəli tərəfdaşlıq qura bilməyib. “Üstəlik Azərbaycan Prezidentinin Çin səfərindən dərhal sonra İran Prezidenti Məsud Pezeşkianı Bakıda qarşılaması, aparılan danışıqlar və İran dövlət başçısının Azərbaycanın bölgə üçün böyük siyasi əhəmiyyətə sahib olması barədə dedikləri tam bir siyasi qələbə hadisəsidir.
İndi isə Dünya və bölgə siyasəti üçün iki mühüm dövlətin – Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın və İsrailin Baş naziri Benyamin Netanyahunun Bakı səfəri gözlənilir. Bu, zaman dəqiqliyi ilə hesablanan vacib səfərlərdir. B.Netanyahunun və Ərdoğanın Bakı səfərləri ilk növbədə bölgənin gələcək təhlükəsizliyi baxımından həddindən artıq böyük önəm daşıyır. İki dövlət arasında soyuq münasibətləri nəzərə alsaq, o zaman iki lider arasında Bakıda müzakirə və görüşün keçirilməsi də gözlənilən prosesdir. Israil və Türkiyə liderlərinin Bakı səfərləri o deməkdir ki, dünya və bölgə siyasəti üçün saatlar Bakı vaxtı ilə qurulur.”

Namiq Quliyev

Избранный
0
1
baki-xeber.com

2Источники