RU

Çin AP deputatlarına qarşı sanksiyaları ləğv etdi

Çin Aİ və Çin arasında parlament dialoqunun bərpasına zəmin yaradaraq, beş Avropa deputatına qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) bəyanatında deyilir.

“Bu gün Avropa Parlamentinin sədri Roberta Metsola Avropa Parlamentinin parlament qruplarının rəhbərlərini Çin hakimiyyətinin Avropa Parlamentinin üzvlərinə və onların ailə üzvlərinə qarşı sanksiyaların ləğvi ilə bağlı qərarı barədə məlumatlandırıb”, - bəyanatda bildirlib.

Bəyanatda bu addımın Aİ və Çinə parlament dialoqunu bərpa etməyə imkan verəcəyi iddia edilsə də, AP-nin Çinlə münasibətlərdəki problemlərə göz yummaq niyyətində olmadığı vurğulanıb.

AP-nin bəyanatında AP-nin deputatlarına qarşı sanksiyaların hansı nöqtədən qaldırılacağı göstərilməyib.

Qeyd edək ki, Çin Aİ-nin məhdudiyyətlərinə cavab olaraq 22 mart 2021-ci ildə beş Avropa deputatına və AP-nin insan hüquqları üzrə alt komitəsinə sanksiya tətbiq edib və Avropa Parlamentinin deputatlarının öz ərazisinə daxil olmasını qadağan edib. Buna cavab olaraq Avropa İttifaqı Çinlə bütün növ parlament əməkdaşlığını dayandırıb. Həmçinin, AP sanksiyalar aradan qaldırılana qədər Çinlə investisiya sazişini dondurub.

Избранный
0
2
hurriyyet.az

3Источники