RU

Bessent: Kiyev faydalı qazıntılarla bağlı sazişə düzəlişlərini təklif edib

ABŞ faydalı qazıntılarla bağlı Ukrayna ilə müqavilə imzalamağa hazırdır, lakin Kiyev sənədə öz düzəlişlərini təklif edib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent danışıb.

"Ukraynalılar dünən axşam son anda bəzi dəyişikliklər etmək qərarına gəldilər. Əminik ki, onlar bunu yenidən nəzərdən keçirəcəklər", - o bildirib.

Onun sözlərinə görə, Ukrayna sövdələşməyə hazır olsa, müqavilə çərşənbə günü imzalanacaq.

Nazir həmçinin qeyd edib ki, sövdələşmədən heç nə çıxarılmayıb və bu, bir gün əvvəl müzakirə edilən eyni razılaşmadır.

Избранный
0
apa.az

1Источники