Ermənistanın enerji təhlükəsizliyi üzrə tanınmış ekspertlərindən olan Vahe Davtyan diqqət çəkən açıqlamalar verib. "Mamul" nəşrinin yaydığı məlumata görə, o, ölkəsindəki iqtisadi böhranın sənayeni də məhv etdiyini söyləyib.
Ekspert iddia edib ki, rəhbərlik bilərəkdən ölkəni sənayesizləşdirmə siyasətini intensiv və kifayət qədər effektiv həyata keçirir: "Ermənistan özünün nəhəng sovet sənaye irsini məhv edərək, bu gün iqtisadi suverenliyinin və təhlükəsizliyinin bəlkə də ən aşağı nöqtəsinə çatıb".
O qeyd edib ki, ölkənin subyektivləşməsi demək olar ki, bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə baş verir.
Tural