AzVision.az bildirir ki, Emhoff Harris “The Hill” qəzetinə açıqlamasında Holokost Memorial Muzeyinin idarə heyətindən çıxarıldığı barədə ona məlumat verildiyini deyib.
“Holokostun xatırlanması və maarifləndirilməsi siyasiləşdirilə bilməz və bu istiqamətdə işimi davam etdirəcəyimə söz verirəm”,- Emhoff iddia edib.
Ağ Ev rəsmisi, öz növbəsində, Tramp administrasiyasının muzey şurasının bir neçə üzvünü işdən çıxardığı və yeni potensial namizədlərlə müsahibə apardığı barədə xəbəri təsdiqləyib.
“The New York Times (NYT)” qəzetinin məlumatına görə, Emhoffdan başqa ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasının bir neçə üzvü də şuranı tərk edib. Onların arasında Ağ Evin keçmiş aparat rəhbəri Ronald Klyayn, Milli Təhlükəsizlik üzrə keçmiş müşavir Syuzan Rays və birinci xanımın sabiq köməkçisi Entoni Bernal da var.
- Emhoff əvvəllər uzun müddət korporativ hüquqşünas kimi çalışıb. Onun müştəriləri arasında “Spotify” və “Lionsgate” kimi şirkətlər var idi. 2020-ci ildə həyat yoldaşı Kamala Harris ABŞ-nin vitse-prezidenti olduqda maraqlar toqquşmasından qaçmaq üçün Emhoff “DLA Piper” şirkətindənçıxıb. 2024-cü il prezidentlik yarışı zamanı o, həyat yoldaşına 1 milyard dollardan çox pul yığmaqda kömək edib. Emhoff həmçinin 2024-cü il Paris Olimpiadasında ABŞ-ni diplomat keyfiyyətindətəmsil edib”, - qəzet keçmiş vitse-prezidentin muzey şurasının idarə heyətindən uzaqlaşdırılan ərinin fəaliyyəti barədə geniş ictimaiyyəti məlumatlnadırıb.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта