ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin kuratoru İlon Mask Ağ evdəki vəzifəsini praktiki olaraq məsafədən iş rejiminə keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “New-York Post” qəzeti məlumat yayıb.
“Biz telefon vasitəsilə danışırıq, effekt eynidir”, - deyə nəşr Ağ ev əməkdaşlarının aparat rəhbəri Süzan Uaylsdan sitat gətirib.
Aprelin 21-də “The Washington Post” qəzeti İlon Maskın sol siyasi qüvvələrin nümayəndələrinin təzyiqlərindən yorulduğu üçün Ağ evi tərk etmək niyyətində olduğunu yazmışdı. Onun rəhbərlik etdiyi agentliyin fəaliyyəti minlərlə amerikalının işdən çıxarılması və bir çox maliyyə yardımı proqramlarının dayandırılması ilə nəticələnib.