RU

Planetin ən qoca sakini vəfat edib

Bakı. Trend:

Planetin ən qoca sakini hesab olunan Braziliyadan olan rahibəİna Kanabarro Lukas 116 yaşında Portu-Aleqridə dünyasınıdəyişib.

Trend xəbər verirki, bu haqda uzunömürlülərin monitorinqini aparan “LongeviQuest”təşkilatı məlumat yayıb.

Qeyd edək ki, Lukas 8 iyun 1908-ci ildə dünyaya gəlib.Cavanlığında o rahibələrin sırasına qoşulub və həyatının böyükhissəsini tədrisə və Braziliya və Uruqvayda katolik kilsələrdə vəqurumlarda xidmətə həsr edib.

Son on illiyini rahibə Portu-Aleqridəki evində keçirib.

İna Lukasın ölümündən sonra dünyanın ən qoca sakini statusuBritaniyadan olan 115 yaşlı Etel Katerhemə keçib.

Избранный
0
az.trend.az

1Источники