"İlk hissə bitdi və bizim finalda olmaq üçün böyük şansımız var".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Mikel Arteta PSJ ilə keçirilən Çempionlar Liqasının yarımfinal matçından sonra deyib. İspaniyalı mütəxəssis ikinci matçda xüsusi bir şey etməli olduqlarını bildirib:
"Çempionlar Liqasının finalında olmaq istəyirsənsə, onda xüsusi bir şey etməlisən. O zaman Parisdə xüsusi bir şey etməli olacağıq".
Əlavə edək ki, tərəflər arasında ilk qarşılaşma PSJ-nin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci matç 1 həftə sonra keçiriləcək.