RU

İstanbul birjasında manipulyasiya etdilər - 15 nəfər həbs olundu

İstanbul Baş Prokurorluğu İstanbul Birjasında aparılan ticarət əməliyyatlarında manipulyasiya iddiaları ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.


Sfera.az “Sözcü” nəşrinə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində kapital bazarı alətlərində qanunsuz müdaxilələr etdiyi müəyyən olunan 15 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Prokurorluqdan verilən məlumata görə, şübhəlilər İstanbul Birjasında qiymətləri süni şəkildə dəyişdirmək və bazarı yönləndirmək məqsədilə manipulyasiya əməliyyatları həyata keçiriblər. 

 

Fidan Hacızadə
Sfera.az

Избранный
2
sfera.az

1Источники