Qusarda itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb.
News24.az apa-ya istinadla xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Arif Uluxanovun meyiti yaşadığı evin yaxınlığında arxda aşkarlanıb.
İlkin məlumata görə, meyitin üzərində hər hansı xəsarət olmayıb.
Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.
Arif Uluxanov uzun illər Qusar rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.