RU

Bütün dünya bizi aldatmaqla məşğul olub – ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp “ABC News” telekanalına müsahibəsində ticarət siyasətini müdafiə edərək bildirib ki, Çin “yəqin ki, tarifləri udacaq”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “dünyanın hər bir ölkəsi” tərəfindən aldadılıb. “Onlar bizim axmaq insanlar olduğumuzu düşünürdülər və biz də elə idik. Mən dedim: Bu baş verməyəcək. “Biz buna imkan verməyəcəyik” deyən Tramp ölkəni qarşıda böyük zamanların gözlədiyini əlavə edib.

Xatırladaq ki, aprelin əvvəlində ABŞ prezidenti Donald Tramp 185 ölkəyə gömrük rüsumlarının artdığını açıqlayıb. Birjalar tariflərə kütləvi enişlə cavab verib. Aprelin 9-da Tramp ticarət münaqişəsində 90 günlük fasilə elan edib. Daha sonra o, dünya liderlərinin və biznes rəhbərlərinin ABŞ administrasiyasından rüsumları azaltmağı xahiş etdiklərini söyləyib.

//Samir Qurbanov, Editor.az

Избранный
2
1
editor.az

2Источники