RU

Rüdigerin cəzası bəlli oldu

“Real Madrid”in müdafiəçisi Antonio Rüdigerin cəzası bəlli olub.

Tribunainfo.az xəbər verir ki,futbolçu İspaniya Kubokunda “Barselona”ya qarşı oyunda davranışına görə altı oyunluq cəza alıb.

Bu barədə məlumatı İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti yayıb.

Xatırladaq ki, həmin oyunun son dəqiqələrində baş hakim Kilian Mbappenin Erik Qarsiyaya qarşı hərəkətinə görə “kral klubu”nun hücumunu dayandırıb. Qərardan sonra texniki zonada olan Rüdiger hakimə buz atıb. Bundan sonra o, qırmızı vərəqə ilə cəzalandırılıb.

Bundan əlavə, “Real”ın daha iki futbolçusu – Cud Bellinhem və Lukas Vaskes də qırmızı vərəqə alıblar. Lakin RFEF ingiltərəli ilə bağlı qərarı yenidən nəzərdən keçirilib və onun qovulması ləğv olunub. Vaskes isə iki oyunluq cəza alıb.

Bildirək ki, qarşılaşma “Barselona”nın qələbəsi ilə başa çatmışdı.

Избранный
0
5
tribunainfo.az

6Источники