RU

Hoteldə baş verən yanğında azı 14 nəfər həlak olub

Hindistanın Kəlküttə şəhərində yerləşən hoteldə baş vermiş güclü yanğın nəticəsində azı 14 nəfər həyatını itirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə NDTV telekanalı şəhər polisinə istinadən məlumat yayıb.

"Hadisə yerində 14 nəfərin meyiti aşkarlanıb, bir neçə nəfəri isə xilas etmək mümkün olub. Hadisə ilə bağlı xüsusi istintaq qrupu yaradılıb”, - Kəlküttə polis komissarı Manoc Kumar Verma bildirib.  
Məlumata görə, yanğın artıq söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Избранный
0
6
xezerxeber.az

10Источники