Avropa liderləri ABŞ prezidenti Donald Trampın reaksiyasından qorxduqları üçün mayın 9-da Kiyevə gəlməkdən imtina ediblər. Bu barədə dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski öz Telegram kanalında yazıb. O qeyd edib ki, Avropa ölkələrinin bu cür “kollektiv jestləri” Amerika lideri tərəfindən münaqişənin sülh yolu ilə həllinə sabotaj kimi qiymətləndirilə bilər. "Siz kömək edə bilərsiniz. Amma sakitcə, bir-bir televiziya kameraları qarşısında nümayiş yürüşləri olmadan", - siyasətçi aydınlıq gətirib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq Avropa liderləri artıq Ukrayna prezidenti Vladimir Zelenski ilə kollektiv “fotosessiya” istəmirlər. "Kiyevə getməkdən imtina bir diaqnozdur" deyə Dubinski yekunlaşdırdı.