RU

Tbilisidə dəmir yolu vağzalı yaxınlığında güclü yanğın baş verib

Bakı. Trend:

Aprelin 30-da səhər saatlarında Tbilisidə dəmir yolu vağzalıbazarının ərazisində güclü yanğın baş verib.

Trend xəbər verirki, alov Borjomi dəmir yolu vağzalının yaxınlığında yerləşən geyim,meyvə-tərəvəz və müxtəlif əşyaların saxlandığı anbarlara yayılıb.Hadisə nəticəsində ətrafı sıx tüstü bürüyüb.

Gürcüstanın Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə,hadisə yerinə operativ şəkildə xilasedici qruplar cəlb olunub vəhazırda söndürmə işləri davam etdirilir. İlkin məlumatlara görə,yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Избранный
1
az.trend.az

1Источники