
Avstraliyanın Tasmaniya adasında yerləşən Hobart şəhərindən 1391 kilometr cənubda, Sakit okeanda 6,5 bal gücündə zəlzələ baş verib.
Reyting.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Episentrdə intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir. Zəlzələnin episentri Makkuari adasından təxminən 234 kilometr şərqdə yerləşib.
V. QULİYEV