BAKI, 29 aprel. TELEQRAF
Sülh yolunda irəliləyiş olmasa, ABŞ Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlardan geri çəkiləcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Brüs deyib.
O, bildirib ki, ABŞ dövlət katibi Marko Rubio Moskva və Kiyevdən münaqişəyə yaxın vaxtlarda son qoymaq üçün konkret təkliflər gözləyir.
Mətbuat katibi Rubionun sözlərindən sitat gətirib: "İndi münaqişənin hər iki tərəfinin konkret təkliflər verməsinin vaxtıdır. Əgər irəliləyiş olmasa, biz bu prosesdə vasitəçi kimi geri çəkiləcəyik".